Dünya çempionatının Avropa zonasının təsnifat mərhələsində millimiz növbəti matçına çıxıb.

A qrupunda futbolçularımız Bakı Olimpuya stadionunda Serbiya kollektivini qəbul edib. Oyuna daha yaxşı başlayan qonaqlar ilk hissədə hesabı açıblar. 16-cı dəqiqədə Aleksandar Mitroviç fərqlənib. Yarım saatın tamamında futbolçularımız qola yaxın olublar. Əli Qurbaninin zərbəsini rəqib qapıçı dəf edib. İkinci yarıya millimiz daha yaxşı başlayıb. Emin Mahmudova qarşı kobudluq penalti ilə nəticələnib. Topa yaxınlaşan Mahmudovun zərbəsi dəqiq olub - 1:1. Komandamız bu hesabı sonadək qoruya bilməyib. 81-ci dəqiqədə Mitroviç dubl edib. Beləliklə, 1-2 hesabı ilə məğlub olan komandamız sonuncu yerdədir. İrlandiya seçməsi də xal qazanmasına baxmayaraq 5-cidir. 3-cü pillədə 3 xalla Luksembur yığması qərarlaşıb. Qrupunun favortilərindən Serbiya futbolçuları 7 xalla 2-cidirlər. Eyni xala malik Portuqaliya kollektivi isə lidedir.