DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlara hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişiklik baş baş verib.
Zədəli olduğu üçün Qara Qarayev ("Qarabağ" FK) milli komanda ilə birgə səfərə yollana bilməyəcək.
Xatırladaq ki, millimiz Portuqaliya yığması ilə martın 24-də keçiriləcək qarşılaşma üçün sabah - martın 22-də İtaliyanın Turin şəhərinə yola düşəcək.