“Barselona”nın yeni prezidenti Joan Laporta Messini klubda saxlamaq üçün əlindən gələni edir.

“El Confidencial” nəşrinin məlumatına görə, Kataloniya klubunun prezidenti Lionelə ömürlük müqavilə təklif etməyə hazırlaşır. 33 yaşlı yarımmüdafiəçi bu şərtə razılaşsa, təkcə karyerasını “Barselona”da başa vurmayacaq, o həmçinin “butslarını mismardan asdıqdan” sonra da klubda çalışacaq. Buna baxmayaraq, Laporta koronavirus pandemiyasının kluba vurduğu ziyana görə argentinalı futbolçuya bir qədər az məvacib təklif etmək fikrindədir. Messi bu təklifi qəbul etsə, onda digər oyunçuları da buna razı salmaq mümkün olacaq. Xatırladaq ki, Lionelin “Barselona” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Onunla PSJ və “Mançester Siti” yaxından maraqlanır.