UEFA prezidenti Aleksander Çeferin AVRO-2020-nin oyunlarının azarkeşlərlə keçiriləcəyini təsdiqləyib. O, yarışın təşkili ilə bağlı bir neçə ssenarinin olduğunu bildirib. Sitat: “İdeal ssenariyə əsasən, Avropa çempionatını 12 şəhərdə keçirəcəyik. Lakin bu, mümkün olmadıqda yarışa  10 və ya 11 şəhər ev sahibliyi edəcək. Bu, bir və ya bir neçə şəhərin tələb olunan şərtlərə cavab verməyəcəyi təqdirdə gerçəkləşəcək. Yeganə təminatımız odur ki, AVRO-2020-nin istənilən matçı boş stadionda keçirilmə ehtimalı istisnadır. Hər bir şəhər fanatların tribunaya buraxılmasını təmin etməlidir”.

Sloveniyalı funksioner bildirib ki,  azarkeşlərin stadionlara buraxılması ilə bağlı yekun qərar aprelin 20-də veriləcək.  Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il iyunun 11dən – iyulun 11-dək təxirə salınıb. Yarışa

Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.  Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.