Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun 4-cü mərhələsinin üçüncü günündə növbəti görüşlərini keçirib.
Məmmədyarov argentinalı Alan Piçotla heç-heçə edərək 1/4 finala çıxmaq imkanından məhrum olub. Teymur Rəcəbov isə rusiyalı Yan Nepomnyaşi ilə heç-heçə edəndən sonra Sergey Karyakinə qalib gəlsə də, digər qarşılaşmalarda qeydə alınan nəticələr şahmatçımızın növbəti mərhələyə çıxmasına mane olub.