«Qarabağ»ın serbiyalı yarımmüdafiəçisi Uroş Matiç Türkiyə klubuna keçə bilər.
Ağdam klubunun ötən yay «Kopenhagen»dən transfer hüququnu aldığı legioner Super Liqa təmsilçilərindən «Hatayspor»un maraq dairəsinə düşüb. Balkanlı futbolçu Azərbaycan çempionu ilə mövsümlərarası fasilədə 2+1 illik müqavilə imzalayıb. Ancaq o, əsas heyətə düşməyə çətinlik çəkir. Məhz bu səbəbdən də, onun klubu tərk edəcəyi istisna deyil.