Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Baş məşqçi Canni de Byazi martın 24-də və 30-da DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində müvafiq olaraq Portuqaliya və Serbiya, 27-də isə qrupumuzda müsabiqədənkənar iştirak edən Qətər milli komandası ilə qarşılaşacaq, seçmə komandaya 30 futbolçu çağırıb. Bir müddət əvvəl AFFA tərəfindən milliləşdirilən Ukraynanın “Minay” klubunun kapitanı Anatoli Nuriyev də yığmaya dəvət alanlar arasındadır. İlk dəfə çağırılanlar arasında “Qarabağ”ın üzvləri Elvin Cəfərquliyev və Toral Bayramov da var. Aleksey İsayev millimizə hələ sabiq baş məşqçi Nikola Yurçeviçin dövründə dəvət olunsa da, debüt etməyib. Emin Mahmudovla Amil Yunanov isə müəyyən fasilədən sonra milliyə qayıdıblar. Emindən fərqli Amil milliyə hələ ki yoldaşlıq görüşündə çağırılıb. Yığma komandaya ən çoc futbolçu verən “Qarabağ”dı. Ağdam təmsilçisinin 10 üzvü heyətdə yer alıb. Onlardan biri millinin kapitanı Maksim Medvedev bu dəfə ki, toplanışda iştirak etməyəcək. Təcrübəli futbolçu şəxsi işləri ilə əlaqədar baş məşqçinin razılığa martdakı oyunları buraxacaq. “Qarabağ”dan sonra miliyə daha çox futbolçusu çağırılan komanda “Sumqayıt”dır. Gənclik şəhərinin 7 üzvü heyətə dəvət olunub. “Sabah”dan 5, “Neftçi”dən 3, “Keşlə”dən 2, “Zirə” və “Səbail”dən isə 1 futbolçu seçməyə dəvət alıblar. Maraqlıdır ki, heyətində daha çox yerli və gənc futbolçuların yer almasına baxmayaraq “Qəbələ”dən bu dəfə toplanışa dəvət alan olmayıb. Yığmada yer alacaq yeganə legioner oyunçu isə Anatoli Nuriyevdir. Qeyd edək ki, milli komandamız artıq bu gündən təlim məşq toplanışına başlayıb.