Boksçularımız uzun fasilədən sonra rinqə çıxacaqlar. Dəri əlcək ustalarımız sabah Türkiyədə beynəlxalq yarışda iştirak edəcəklər.Turnir 5 gün davam edəcək.
Istanbulda keçiriləcək turnirdə ölkəmizi 3 qadın boksçu təmsil edəcək. Elbrus Rzayevin baş məşqçilik etdiyi komandanın tərkibinə Məhsəti Həmzəyeva, Məryam Cəbrayılova və Aynur Rzayeva daxil edilib. Türkiyədə təlim-məşq toplanışında olan kişilərdən ibarət seçmə isə 13 idmançı ilə yarışa qatılacaq. 52 kqda Rüfət Hüseynov, Məsud Yusifzadə, 57 kqda Ümid Rüstəmov, Tayfur Əliyev, 63 kqda Cavid Çələbiyev və Ruslan Rüstəmov çıxış edəcək. 69 kqda 3 idmançımız Sərxan Əliyev, Lorenzo Sotomayor və Nəbi İsgəndərov rinqə çıxacaq. Bundan başqa Kamran Şahsuvarlı, Alfonso Dominqes, Osnay Benkoma və Məhəmməd Abdullayev turnirdə uğur qazanmağa çalışacaq. Martın 16-da start götürəcək və 5 gün davam edəcək yarışda 29 ölkədən 202 boksçunun iştirakı gözlənilir.