Formula 1-də yeni mövsüm öncəsi test yarışlarına start verilib.

Bəhreyndə “Sahir” avtodromundakı yarışda “Red Bull” bolidi finiş xəttini birinci keçib. Avstriya komandasının niderlandlı pilotu Maks Ferstappen 139 dövrəni 1 saat 30 dəqiqəyəyə qət edərək digər rəqiblərini qabaqlayıb. Ondan bir qədər geri qalan “Maklaren” pilotu Lando Norris ikinci yeri tutubsa, “Alpin” pilotu Esteban Okon 3-cü olub. Yarış ötən mövsüm Mühəndislər Kubokunun qalibi olan “Mersedes” komandası üçün uğursuzluqla yekunlaşıb. Son dünya çempionu Lüis Hemilton liderdən 2 dəqiqə geri qalaraq 10-cu yeri tutubsa, onun komanda yoldaşı Valtteri Bottas yarışı sonuncu sırada tamamlayıb. “Mersedes”in uğursuzluğuna isə sürət qutusunda müəyyən elementlərin sıradan çıxması səbəb kimi göstərilir. Yarışdan sonra komandanın rəhbəri Toto Volff da bunu təsdiqləyib. Amma o bu problemin haradan qaynaqlandığını müəyyənləşdirə bilmədiklərini də etiraf edib. Yeri gəlmişkən, ötən mövsümə qədər “Ferrari”də çıxış edən 4 qat dünya çempionu Sebastyan Fettelin də “Aston Martin”də debütü uğursuz alınıb. Almaniyalı pilot ilk test yarışını 13-cü sırada tamamlayıb. Xatırladaq ki, test yarışları martın 14-nə qədər davam edəcək.