Daha bir tennis turniri sona yaxınlaşır.
Söhbət Qətərin paytaxtı Dohada kişi idmançıların mübarizəsindən gedir. Artıq bütün yarımfinalçılar məlumdur. 1/4 finalda maraqlı nəticə qeydə alınıb. ATP reytinqinin 6-cısı Rocer Federer ondan 36 pillə geridə olan gürcüstanlı Nikolos Basilaşvili ilə qarşılaşıb. İlk setdə qalib gələn isveçrəli raketka ustasının digər setdə də qələbə qazanacağını düşünənlər yanılıblar. Əzmkar oyun göstərən Basilaşvili əvvəlcə tarazlığı bərpa edib. Son setdə isə çətinliklə də olsa qalib gələn gürcüstanlı tennisçi yarımfinala yüksəlib. Beləliklə, Federer mübarizəni dayandırıb.
Daha bir görüşdə isə amerikalı Taylor Frits kanadalı Denis Şapovalovla qarşılaşıb. Görüş 2 saatdan çox davam edib. Rəqibindən daha dəqiq oan Frits adını yarımfinalçılar siyahısına yazdırıb.