İstanbulda taekvondo üzrə ənənəvi beynəlxalq “Turkish Open” turniri başlanıb.  

Sayca 8-ci dəfə təşkil olunan turnirdə 46 ölkədən 1600-ə yaxın idmançı qüvvəsini sınayır.  Yarışın ilk günü komandamız üçün uğurlu olub. 87 kq çəki dərəcəsində mübarizə aparan millimizin üzvü  Milad Beigi Hərçəqani bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. G1 kateqoriyalı turnirdə ölkəmizi 12 taekvondoçu təmsil edir. Bu, Hərçəqaninin cari ildə ilk mükafatıdır. Xatırladaq ki, Rio olimpiya Oyunlarının bürünc mükafatçısı olan taekvondoçumuz bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək Tokio olimpiadasında da iştirak edəcək.