Cüdoçularımız Daşkənddə keçirilən “böyük dəbilqə” turnirini 2 bürünc medalla başa vurub.

Rüstəm Orucovdan sonra yarışın sonuncu günü Məhəmmədəli Mehdiyev 90 kq-da fəxri kürsüyə qalxıb. O, qırğızıstan, böyük britaniya və Estoniya idmançılarını məğlub edərək yarımfinala çıxıb. Mehdiyev bu mərhələdə uduzsa da, təsəlliverici görüşü qələbəylə başa vuraraq bürünc medal uğrunda qarşılaşmaya çıxıb. Təmsilçimiz özbəkistanlı Şerxhməhəmməd Jandreyevə gücünü göstərərək bürünc mükafata yiyələnib.