Hidayət Türkoğlunun Türkiyə Basketbol Federasiuyasının prezidenti seçilməsindən sonra gördüyü işlər göz önünündədir. Federasiyanın yenidən formalaşmasında böyük pay sahibi olan əfsanəvi basketbolçu işini bununla yekunlaşdırmaq fikrində deyil.

Türkiyə Basketbol Federasiyasının prezidenti Hidayət Türkoğlu  rəhbərlik etdiyi qurumun planlarından danışıb. Sabiq basketbolçunun ən böyük arzusu Türkiyədə müasir tələblərə cavab verən basketbol bazasının yararmaqdır: “Fikrimcə, basketbol Türkiyənin ən populyar idman növüdür.  Oyunçularımız istər milli, istərsə də klub səviyyəsində digər idman növlərinin nümayəndələri ilə müqayisədə daha yaxşı nəticələr qazanır. Əminliklə deyirəm ki, Türkiyədə hazırda bir nömrəli idman növü futbol yox, basketboldur!  Amma buna baxmayaraq federasiyanın nəzdində olan baza yaradılmayıb. Halbuki digər idman federasiyalarının belə bir bazası var. Ən böyük arzum  bu layihəni həyata keçirməkdir. Qısa zamanda bu planımızı reallaşdıracağımıza ümid edirəm”.

Hidayət koronavirus pandemiyasının Türkiyə basketboluna təsirindən də danışıb:  “Vəziyyəti nəzarət altında saxlamağa çalışırıq.  Virusa yoluxanların sayı azalsa, bununla yanaşı vaksinasiyadan keçənlərin sayı artsa arenalara azarkeşlər buraxılacaq.  Basketbol oyunun yaraşığı tribunadakı azarkeşlərdir. Mövsümün sonuna qədər vəziyyətin qaydasına düşəcəyinə ümid edirəm”.