Beynəlxalq Olimpiya Komitəsi prezidenti Tomas Bax Avstraliyanın Klivlend ştatının 2032-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına ev sahibliyi etməyə əsas namizəd kimi təsdiqləndiyini açıqlayıb.

Qeyd edək ki, Qətərin paytaxtı Doha, Macarıstanın paytaxtı Budapeşt, Almaniyanın Reyn-Rur regionu, Çinin Çendu və Çuntsin şəhərləri də mötəbər turnirə ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. Tomas Bax həmçinin gələcəkdə ağır atletika idman növünün olimpiya oyunlarının proqramından çıxarılmasının nəzərdən keçirə biləcəyini deyib. O, antidopinqlə bağlı məsələnin həll olduğunu bildirsə də, bir çox məqama hələ də məhəl qoyulmadığını söyləyib. Buna görə də ağırlıqqaldırmanın həm 2024-cü il Paris Olimpiya Oyunlarının, həm də növbəti olimpiadaların proqramından çıxarılması məsələsinə baxılacağı bəyan edilib.