Albaniyanın “Partizani” klubunun futbolçusu Eraldo Çinari Azərbaycanda oynaya bilər.

Futbolçunun ölkəmizin 3 klubu maraq göstərir. Həmin klublardan birinin “Qarabağ” olması istisna deyil. Çünki Çinarini ötən mövsüm Çempionlar Liqasının təsnifat mərhələsində “Qarabağ”a qarşı oynayıb. Böyük ehtimalla Çinarini artıq növbəti mövsümdən Azərbnaycan klublarından birinə keçəcək. Qeyd edək ki, 2018-ci ildən “Partizani”də çıxış edən yarımmüdafiəçi 46 oyunda 11 qol vurub.