UEFA Gənclər Liqasında 2020/2021-ci il mövsümü ləğv olunub.
Qitə futbol qurumunun bu addımı atmasına səbəb koronavirus pandemiyası olub. Avropadakı epidemioloji vəziyyətin əlverişsiz inkişafı turnir iştirakçıları üçün maddi-texniki cəhətdən çətinlik yaratdığından belə bir qərar verilib. Qeyd edək ki, cari mövsümdə ölkəmizi Gənclər Liqasında "Qəbələ" təmsil etməli idi. Komandamız martın 4-də turnirin 1/32 fnal mərhələsində Şimali Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşmalı idi.