İngiltərə Premyer Liqasının 24-cü turunda ardıcıl iki oyundur uduzmayan “Vest-Hem” məğlubiyyətsizlik seriyasını davam etdirib. “Çəkicdöyənlər” doğma meydanda autsayder “Şeffild Yunayted” ilə üz-üzə gəlib. İlk dəqiqələrdən aşkar üstünlüyü ilə fərqlənən meydan sahibləri rəqibini məğlub etməkdə çətinlik çəkməyib. 41-ci dəqiqədə Deklan Rays penaltidən fərqlənməklə hesabı açıb. İkinci hissədə daha iki qol olub. Əvvəlcə 58-ci dəqiqədə İssa Diop fərqi iki topa çatdırıb. Görüşdə son nöqtəni isə oyuna əlavə olunan dəqiqələrdə meydana daxil olan Rayan Frederiks qoyub: “Vest-Hem” – “Şeffild Yunayted” 3:0.

Turun digər qarşılaşması isə “Stemford Bric” arenada “Çelsi” və “Nyukasl Yunayted” komandaları arasında oynanılıb. Gözlənildiyi kimi görüşə “zadəganlar” daha fəal başlayıblar. London klubu matçın taleyini ilk hissədə həll edib. Əvvəlcə 31-ci dəqiqədə Oliviye Jiru rəqib qapısına yol tapıb. Çox keçmədən Timo Verner fərqi iki topa yüksəldib. Qalan vaxt əzində qonaqların səyləri nəticəsiz qalıb və Tomas Tuxelin komandası ardıcıl 4-cü görüşündə qalib gəlməklə uğurlu seriyanı davam etdirib. “Çelsi” – “Nyukasl Yunayted” 2:0. 24 turdan sonra 42 xal toplayan “Çelsi”, “Vest-Hem”lə bərabər 4-cü, 5-ci pillələri bölüşür. Turnir cədvəlinə 53 xalla “Mançester Siti” başçılıq edir və ən yaxın rəqibi “Mançester Yunayted”i 7 xal qabaqlayır.