Azərbaycanın U-21 millisinin sabiq futbolçusu, 2011-2019-cu illərdə "Keşlə"də çıxış edən Fuad Bayramovun yeni klubu müəyyənləşib.
O, karyerasını Polşada davam etdirəcək. Yarımmüdsfiəçi 3-cü liqa təmsilçilərindən "Ostroveç-Şventokşisi" ilə razılığa gəlib. Oyunçu klubla 1 illik müqavilə imzalayıb. Qeyd edək ki, ötən aydan bu komandanın düşərgəsində olan Fuad bir neçə yoxlama oyununa da çıxıb.