“Qarabağ”ın qapıçısı Emil Balayev  yenidən legioner həyatı yaşaya bilər.

Azərbaycan millisinin qolkiperi İspaniyadan təklif alıb. Ağdam klubunda əsas heyətə düşə bilməyən 27 yaşlı oyunçunun qış fasiləsində transferi reallaşmayıb. Bu səbəbdən Balayevlə “Luqo” rəhbərliyi danışıqları mövsümün sonunda davam etdirmək qərarına gəliblər. Ancaq onun “Qarabağ”la müqavilə müddəti 2022-ci ilin yayına qədər olduğundan, ağdamlıların da keçidə razılığını almaq lazım gələcək.