Futbol üzrə Avropa Liqasının 1/16 final mərhələsində daha iki oyununun məkanı dəyişdirilib.
“Benfika” – “Arsenal” görüşü Romada “Olimpiko” stadionunda olacaq. “Real Sosyedad” - “Mançester Yunayted” matçının isə Turin şəhərində keçirilməsinə qərar verilib. Qeyd edək ki, oyunların məkanlarının dəyişdirilməsinə səbəb koronavirus pandemiyası ilə əlaqədar bəzi ölkələrdə sərt karantin tələblərinin tətbiq olunmasıdır. Xatırladaq ki, bununla əlaqədar daha öncə həm Avropa Liqaısnda həm də Çempionlar Liqasında bəzi görüşlərin keçirilmə yerləri dəyişdirilib.