AFFA-nın milliləşdirmək istədiyi futbolçulasrdan biri Ukraynanın “Minay” klubunun üzvü Rüstəm Əhmədzadə milli komandamızda oynamağa razılıq verib.
Bu barədə futbolçunun özü məlumat verib. Onun sözlərinə görə, yığmamızın baş məşqçisi Canni de Byazi tərəfindən də bəyənilən futbolçunun ölkəmizin əsas komandasında oynaması üçün sənədləşmə işləri artıq başlayıb. Rüstəmin komanda yoldaşı Anatoli Nuriyevə gəlincə isə bu futbolçunun da oyunu italiyalı məşqçimizin xoşuna gəlib. Ancaq onun millimizdə oynaması ilə bağlı hələ tam razılıq əldə olunmayıb. Xatirladaq ki, bir neçə gün əvvəl millimizin baş məşqçisi Canni de Byazi AFFA rəsmiləri ilə birlikdə adı çəkilən futbolçuların oyununu izləmək üçün Antalyaya getmişdi.