Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində Qətərlə keçirəcəyi səfər matçının yeri məlum olub.
Komanda A qrupunda müsabiqədən kənar çıxış edən ərəblərlə Avstriyada üz-üzə gələcək. Matç martın 27-də baş tutacaq. Qeyd edək ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov dünya çempionatının seçmə mərhələsi barədə danışarkən Qətərlə matçı İngiltərənin paytaxtı Londonda təşkil etmək istədiklərini bildirmişdi. London variantının alınmamasının səbəbi Böyük Britaniyada koronavirusun yeni növünün aşkarlanması və qısa müddətdə geniş yayılmasıdır.