Ölkədən kənarda çıxış edən daha bir futbolçumuz Azərbaycana qayıdıb.

Söhbət Şimali Makedoniyanın “Şkupi” komandasında oynayan Elvin Yunuszadədən gedir. Təcrübəli futbolçu klubla müqaviləsini qarşılıqlı razılıq əsasında pozub. Klubun həmyerlimizə olan borcunu ödəməməsi Yunuszadənin belə qərar verməsinə gətirib çıxarıb. Qeyd edək ki, müdafiəçinin “Şkupi” ilə müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulmuşdu. Artıq Azərbaycana qayıdan Elvin Yunuszadənin “Keşlə” klubu ilə danışıqlara başladığı bildirilir.