AFFA Rusiyanın "Ximki" klubunun əslən azərbaycanlı futbolçusu Kamran Əliyevı milliyə cəlb etmək istəyir.
Bu barədə qurumun icraçı vitse-prezidenti Elxan Məmmədov məlumat verib. Onun sözlərinə görə, futbolçu ilə Türkiyənin Antalya şəhərində görüş keçirilib. Elxan Məmmədov bildirib ki, bu məqsədlə Cahangir Həsənzadə və İlqar Qurbanov qonşu ölkəyə ezam olunub. Hələlik Əliyevdən təsdiq cavabı almaq mümkün olmayıb.