Premyer Liqanın bombardiri Mahir Emreli karyerasını İsraildə davam etdirə bilər.

 “Qarabağ”ın hücumçusu ilə “Makkabi” yaxından maraqlanır. Hayfa təmsilçisi hücumçunun menecerləri ilə təmasa keçib. İsrail çempionatında lider olan komanda 24 yaşlı azərbaycanlı futbolçunu əsas forvardları Nikita Rukavitsyanın əvəzləyicisi kimi görür. Israil klubu qış transfer pəncərəsi bağlanana kimi Mahirin keçidini həll etmək istəyir. Hətta onlar keçidin reallaşması üçün “köhlən atlar”a 200 min avro ödəmək niyyətindədir. Maraqlıdır ki, Mahir Emreli bir müddət əvvəl “İdman TV”-yə açıqlamasında mövsümün sonuna qədər “Qarabağ”da qalacağını bildirmişdi.