2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur.

1997-ci ildə ulu öndər  Heydər Əliyevin sərəncamı təsis olunan bu gün ilə ölkəmizdə dövlət gənclər siyasətinin əsas qoyulub. Ümummilli liderin respublikamıza rəhbərliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim hiss etmişlər. 1996-cı il  fevralın 2-də məhz ulu öndərin dəstəyi ilə gənclərin 1-ci forumu keçirilidi. 1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başaladı. Əsası Ulu Öndər tərəfindən tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayıb. Prezident İlham Əliyevin çox saylı fərman və sərəncamları bu sahənin inkişafına daha da sürətləndirib. Bu fəaliyyətin nəticəsi olaraq ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişib.