21 yaşadək futbolçulardan ibarət komandalar arasında qitə çempionatının final mərhələsində millimizin oyunlarının təqvimi bəlli olub.
2023-cü ildə Gürcüstanda və Rumıniyada təşkil ediləcək yarışda Milan Obradoviçin yetirmələri A qrupunda yer alacaq. İlk oyun iyunun 6-da səfərdə Norveç millisinə qarşı olacaq. Gənclərimiz növbəti iki oyunu da səfərdə keçirəcəklər. Bundan sonra isə ardıcıl 4 qarşılaşma Bakıda keçiriləcək. U-21-in son iki oyunu isə yenə səfərdə olacaq. Bu qarşılaşmalar isə 2022-ci ildə təşkil olunacaq. İyunun 3-də Estoniyanın qonağı olacaq 4 gün sonra Finlandiya ilə görüşdə seçmə mərhələyə yekun vuracaq.