UEFA-da bu ilin yayında təşkil olunacaq futbol üzrə Avropa çempionatı ilə tədbir keçirilib. Yarışı qəbul edəcək ölkələrin nümayəndələriin də iştirak etdiyi mərasimdə pandemiya şəraitində turnirin keçirilməsi müzakirə olunub. oyunlara azarkeşlərin buraxılmasının mümkünlüyünə dair qərarını hər bir şəhər üzrə ayrıca verəcəyi bildirilib.

UEFA rəsmiləri Avro-2020-ni qəbul edəcək assosiasiyaların nümayəndələri ilə turnirin əməliyyat məsələlərini müzakirə edib. Qitə futbol qurumu daha əvvəl açıqlanan təqvimə uyğun olaraq Avropa çempionatının 12 şəhərdə keçirilməsi ilə bağlı öhdəliyini təsdiqləyib. Tərəflər şəhərlərin üzləşdiyi müxtəlif çətinliklərin qarşısının alınması üçün turnirin təşkili ilə bağlı qəbul olunan qərarlar zamanı çevikliyin vacib olduğunu qeyd ediblər. Pandemiya fonunda tez-tez dəyişən situasiya nəzərə alınaraq, azarkeşlərin stadionlara buraxılması ilə bağlı planın təqdim olunması üçün müəyyənləşdirilən son tarix aprel ayına keçirilib.  UEFA-nın prezidenti Aleksander Çeferin bildirib ki,  qitənin ali futbol qurumu çempionatın daha öncə planlaşdırıldığı kimi, 12 şəhərdə keçirilməsi öhdəliyinə sadiqdir: “Avropa çempionatı milli komandalar üçün önəmli turnirdir. Futbolun bütün səviyyələrdə inkişafı üçün həyati əhəmiyyət kəsb edən maliyyə mənbəyidir. Turnirin vaxtı yaxınlaşdıqca vəziyyətin daha yaxşı olacağına optimist yanaşıram. Oyunları qəbul edəcək şəhərlərdə iyun-iyul aylarında ümumi mənzərənin necə olacağını müəyyənləşdirmək üçün onlara daha çox vaxt vermək lazımdır. Azarkeşlər futbola xüsusilik gözəllik qatır. Biz onların stadionlara qayıtması üçün əlimizdən gələn hər şeyi etməliyik".

Qeyd edək ki, Avropa çempionatı 11 iyun - 11 iyulda qitənin 12 şəhərində - Bakı (Azərbaycan), Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdamda (Niderland) keçirilməlidir. Bakıda A qrupunun İsveçrə - Uels, Türkiyə - İsveçrə və Türkiyə - Uels, həmçinin 1/4 final mərhələsinin 1 oyunu nəzərdə tutulub.