19 yaşlılardan ibarət milli komandamızın hazırlığı başlayıb. Fevralın 7-dək davam edən hazırlığa yerli futbolçularla yanaşı, ölkə xaricində çıxış edənlər cəlb olunublar. Seçməmiz Avropa çempionatının təsnifat mərhələsinə hazırlaşır.
Covid 19 tesyindən keçən futbolçular “Dalğa Arena”da hazırlığa start veriblər. Yeni ilin ilk təlim-məşq toplanışına yerli futbolçularla yanaşı ölkə xaricində çıxış edənlər də cəlb edilib. Bunlar Rusiyanın “Lokomotiv” klubundan Amin Ramazanov, Fransanın “Klermon Foot” komandasında Eldar Tağızadə, Türkiyə təmsilçiləri “Bayrampaşa”dan Samet Karakoş, “Beşiktaş”dan Vardar Berkay və Yunanıstan “Ksantisi”dən Berkant Nazifoğludur. Komandanın baş məşqçisi Samir Əliyev toplanışda əsas məqsədin Avropa çempionatının təsnifat mərhələsinə hazırlıqdan ibarət olduğunu deyib.
Xatırladaq ki, təsnifat mərhələsində yalnız qrup qalibləri pley-off mərhələsinə vəsiqə qazanacaqlar.