“Sabah” klubunun əsas müdafiəçisi və Azərbaycan millisinin üzvü Bəhlul Mustafazadəyə Danimarkadan təklif gəlib.

23 yaşlı müdafiəçi Danimarkanın "Vayle" klubunun maraq dairəsinə düşüb. Superliqa təmsilçisi Mustafazadəni heyətinə qatmaqla müdafiə xəttindəki boşluğu aradan qaldırmaq fikrindədir. Ancaq transferin baş tutma variantı o qədər də yüksək deyil. “Sabah” klubundan verilən məlumata görə, “Vayle” klubu futbolçunu transfer haqqı ödəmədən heyətinə qatmaq istəyirmiş ki, onlar da buna razılıq verməyiblər. Qeyd edək ki, Bəhlul bu mövsüm Premyer Liqada keçirdiyi 6 oyunda 1 qol vurub. Onun "Sabah"la müqaviləsi 2022-ci ilin iyunun 30-da bitəcək.