20 yaşa qədər xokkeyçilər arasında dünya birinciliyinə yekun vurulub. Kanadada təşkil olunan yarışda meydan sahibləri uğursuzluğa düçar olub. Turnirin əsas favoritlərindən olan Rusiya milllisi də mükafatsız qalıb.
Yarımfinalda Kanada seçməsinə 0:5 hesabı ilə məğlub olan Rusiya millsi 3-cü yer uğrunda görüşdə də uğurzusluqla üzləşib. Son iki dünya birinciliyində bir gümüş və bir bürünc medal qazanan şimal qonşularımız bu dəfəki yarışı mükafatsız başa vurublar. Finalndiya seçməsinin 4 qoluna ruslar bir dəfə cavab veriblər. Beləliklə 2019-cu ildə çempion olan Finlandiya komandası birillik fasilədən sonra hesabına daha bir medal yazdırıb..
Final görüşünə gəlincə, bu mövsüm daha parlaq oyunla yadda qalan Kanada yığmasının qələbə qazanmaq imkanlarını yüksək qiymətləndirirdi. Lakin ehtimalları alt-üst edən Amerika Birləşmiş Ştatları millisi rəqibini məğlub edib. İlk periodda Turkottun, fasilədən sonra isə Zeqrasın qolu Birləşmiş Ştatlar komandasına 2-0 hesablı qələbə qazandırıb. Bununla da “yankilər” tarixində 5-ci dəfə dünya birinciliyinin qalibi olub.