2021-ci ildə 17 və 20 yaşadək futbolçular arasında keçirilməli olan dünya çempionatları baş tutmayacaq.
FIFA-nın rəsmi saytında verilən məlumata görə, ali futbol qurumu hər iki mundialı ləğv edib. Turnirlər müvafiq olaraq, Peru və İndoneziyada təşkil olunmalı idi. Yeni qərara əsasən, hər iki ölkə əvvəlcədən planlaşdırılan dünya çempionatlarına 2023-cü ildə ev sahibliyi edə biləcəklər. Qeyd edək ki, U-17 yığmaları arasında son olaraq dünya çempionu Braziliyadır. Ukraynanın U-20 millisi isə öz yaşıdları arasında son qalibdir.