"Barselona"nın futbolçusu Lionel Messi "Piçiçi" mükafatına layiq görülüb.
Argentinalı hücumçu La Liqanın ən yaxşı bombardiri üçün nəzərdə tutulan kuboka yiyələnib. O, ötən mövsüm 25 qol vurub. 35 yaşlı forvard karyerasında 7-ci dəfə bu uğura yiyələnib. Qeyd edək ki, Lionel Messi bu mövsüm La Liqada 13 oyuna 6 qol vurub.