“Neftçi”nin kapitanı Emin Mahmudov milli komajndaya çağırılmamasına münasibət bildirib.
Mətbuata müsahibəsində o, baş məşqçi Covani de Byazinin qərarına hörmətlə yanaşdığını deyib: Hər bir baş məşqçinin öz sistemi var. Görünür, orada mənə yer yoxdur. Amma artıq bu barədə fikirləşmirəm. Nə olacaqsa, olsun. Ən yaxşı formada olduğum vaxtda heç yoldaşlıq matçında da oynamırdım. Dəvət alsam, sevinəcəyəm. Əlimdən gələni edəcəyəm ki, nəticə yaxşı olsun. Milliyə çağırılmasam da, problem yoxdur. Baş məşqçinin qərarıdır. Xoşuna gəlmirəmsə, nə edə bilərəm?”.