Serbiyalı Novak Cokoviç tarixdə Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) reytinqinin ilk pilləsində 300 həftə keçirməyi bacaran ikinci oyunçu olub.
Bu barədə ATP-nin rəsmi saytında məlumat verilib.
Əvvəllər bu nailiyyət yalnız ATP-nin reytinqinin ilk pilləsində 310 həftə keçirən isveçrəli Rojer Federerə məxsus olub. N.Cokoviç mövqeyini qorumağı bacararsa, R.Federeri keçəcək.
ATP reytinqinin ilk beş lideri arasında amerikalı Pit Sampras (286), çexiyalı İvan Lendl (270) və amerikalı Cimmi Konnors (268) yer alıblar.
Serbiyalı tennisçi “Böyük dəbilqə” turnirlərində 17 qələbə qazanıb. “Pekin-2008” Yay Olimpiya Oyunlarının bürünc medalçısıdır.