Peşəkar Futbol Liqası (PFL) Avropanın bir çox ölkələrinin əsas futbol liqaları təşkilatlarının üzvü olduğu Avropa Peşəkar Futbol Liqalarının cari ilin yekununa dair umumi assambleyasının videokonfrans formatlı iclasında iştirak edib.

PFL-in rəsmi saytının yaydığı xəbərə görə Hər il ənənəvi olaraq 2 dəfə əsasən üzv ölkələrdən birində keçirilən sözügedən iclas bu il COVID-19 pandemiyası səbəbi ilə onlayn formatda baş tutub.  İclasa başçılığı qurumun hazırkı prezidenti Lars-Krister Ollson edib. Gündəlikdə duran əsas məsələlərin müzakirəsi zamanı UEFA klub yarışlarının gələcəyi, həmçinin pandemiya dövründə oyunların düzgün təşkil edilməsi üçün təşkilat çərçivəsində üzv liqalar arasında fikir və təcrübə mübadiləsinin bundan sonra da aparılmasının önəmli olduğu vurğulanıb.