İngiltərə Premyer Liqasının 12-ci turunda “Tottenhem” “Kristal Pelas”ın qonağı olub. Gərgin mübarizə şəraitində keçən matçda 2 qol vurulub. 23-cü dəqiqədə Harri Keyn hesabı açıb. Fasilədən sonra tarazlıq bərpa olunub. Ceff Şlup hesabı bərabərləşdirib. 1-1. Qalan vaxtda qol vurulmayıb. 25 xalı olan “Tottenhem” liderliyini davam etdirir.

“Fulhem” – “Liverpul” matçında da eyni hesab qeydə alınıb. İlk hissədə meydan sahibləri fərqləniblər. Bobbi Rid hədəfdən yayınmayıb. Fasiləyə üstün yollanan “Fulhem” ikinci yarıda təşəbbüsü əldən verib. Nəticədə “Liverpul” bərabərlik qolunu vurub. Məhəmməd Salah penaltini dəqiq yerinə yetirib. 25 xalı olan “Liverpul” ikinci pillədə qərarlaşıb.

“Lester” – “Brayton” matçında 3 qol vurulub. Qolların hamısı ilk hissəyə təsadüf edib. Ceyms Meddison dubl etdiyi halda, Ceymi Vardi 1 dəfə fərqlənib. İnamlı qələbə sayəsində “Lester” 3-cü pilləyə yüksəlib. Komandanın 24 xalı var.

“Sauthempton” – “Şeffild Yunayted” matçında da eyni hesab qeydə alınıb. Meydan sahibləri 3 cavabsız qolla qalib gəliblər. Çe Adams, Stüart Armstronq və Neyton Redmond qələbədə pay sahibi olub. “Sauthempton” 23 xalla 4-cü pilləyə yüksəlib.

“Arsenal” “Börnli” matçının taleyini isə 1 qol həll edib. Meydan sahiblərindən Pyer Emerik Obameyanq avtoqol müəllifi olub. Beləliklə, “Börnli” minimmal hesablı qələbə qazanıb.