Səbail klubunun üzvü olan milli komandamızın keçmiş qapıçısı Kamran Ağayev hələ də məşqlərə qatıla bilmir.
Səbəb təcrübəli qolkiperin koronavirusa yoluxmasıdır. Üstəlik Ağayevin atasının da virusdan əziyyət çəkməsi onun məşqlərə qatılmasına mane olur. Futbolçu özü bildirib ki, müalicəsini yaxın vaxtlarda başa vurub “Səbail”in məşqlərinə qatılmalıdır. Qeyd edək ki, Kamranla bərabər test nəticələri pozitiv çıxmış “Səbail”in digər oyunçuları artıq müalicələri başa vuraraq hazırlıqda iştirak edirlər.