İkinci Qarabağ müharibəsində 478 idmançımız döyüşüb.
Bu barədə Azərbaycan İdman Jurnalistləri Federasiyasının prezidenti Qabil Mehdiyev şəxsi "Facebook" səhifəsində yazıb: "478 idmançımızdan 54 nəfəri şəhid olub, 51-i yaralanıb, 2 idmançımız itkin düşüb. Bundan başqa, üç idman jurnalistimiz müharibədə iştirak edib və onlardan biri yaralanıb. Şəhidlərimizə rəhmət diləyir, yaralılarımıza isə şəfa arzulayırıq".