Çinin Nankin şəhərində keçirilməsi planlaşdırılan atletika üzrə qış dünya çempionatı təxirə salınıb.
Bu barədə Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası məlumat yayıb. Dünya çempionatının 2023-cü ilin martında keçirilməsi qərara alınıb. Qeyd edək ki, bu yarış ikinci dəfədir təxirə salınır. Atletika üzrə qış dünya çempionatı 2004-cü ildən başlayaraq iki ildən bir keçirilir.