Azərbaycanın UEFA reytinqinin yekun mövqeyi bəlli olub.

Ölkəmiz mövsümün sonunda 26-cı pillədə qərarlaşacaq. İndi də bu mövqedə yer alan Azərbaycanın tutduğu yer dəyişməyəcək. Çünki yazda keçiriləcək avrokubok görüşləri təsirsiz ötüşəcək. Son 5 mövsümün nəticələrinə əsasən Azərbaycanın aktivində 16,875 xal var. Avrokuboklarda mübarizəni sonuncu dayandıracaq “Qarabağ” “Vilyarreal”la  görüşə çıxmayıb. Bununla da avrokubok mövsümü 2,500 xalla yekunlaşacaq. Son 5 mövsüm üçün isə bu rəqəm 16,875-dir.