Böyük Slalom üzrə Dünya Kubokunun növbəti mərhələsi İtaliyanın Santa -Katerina qış turizm bölgəsində keçirilib.
Ötən həftə sonu əlverişsiz hava şəraiti səbəbindən bazar etməsi gününə təyin olunan yarış maraqlı və gərgin mübarizəyə səhnə olub. Məsafəni hamıdan tez Marko Odermatt tamamlayıb. İscevrəli xizəkçi 2 dəqiqə 8,42 saniyə nəticə göstərib. 2018-ci ildə gənclərin dünya çempionatının qalibi olmuş Odermatt bu il ən böyük naliyyətini məhz İtaliyadakı yarışda qazanıb. Liderdən 0,73 saniyə geri qalan Amerika Birləşmiş Ştatları təmsilçisi Tommi Ford ikinci yeri tutub. İlk 3-lüyü xorvatiyalı Filip Zubçiç tamamlayıb.
Bu nəticələrdən sonra Marko Odermatt ümumi sırladamada 240 xalla fransalı Aleksis Pentyuro ilə 1-ci-2-ci yerləri bölüşür. Hesabında 208 xal olan Filip Zubçiç isə 3-cü yerdə qərarlaşıb. Dünya kubokunun növbəti mərhələsi dekabrın 12-i və 13-də Fransanın Vald-İzer bölgəsində keçiriləcək.