Futbol üzrə dünya çempionatının Avropa zonası üçün seçmə mərhələsinin püşkü atılıb. Futbolçularımızın da rəqiblərinin adına aydınlıq gəlib. Millimiz 5 komandanın çıxış etdiyi A qrupunda mübarizə aparacaq. 

Futbol üzrə 2020-ci il dünya çempionatının avropa zonası üzrə seçmə məehələsinin püşkü atılıb. İsveçrənin Sürix şəhərində təşkil olunan tədbirdə Azərbaycan futbolçularının rəqibləri də müəyyənləşib. Millimiz A qrupunda Avropa çempionu Portuqaliya seçməsi, Serbiya və İrlandiya komandaları, habelə UEFA millətlət liqasında bir qrupda yarışdığı Lüksemburq seçməsilə üz-üzə gələcək. 

Digər qruplara gəlincə, B qrupunda İspaniya, İsveç, Yunanıstan, Gürcüstan və Kosovo yığmalarını görürük. 

C qrupunda İtaliya, İsveçrə, Şimali İrlandiya, Bolqarıstan və Litva kollektivləri çıxış edəcək. 

D qrupunda dünya çempionu Fransa yığması, Ukrayna, Finlandiya, Bosniya və Hürseqovina, Qazaxıstan seçmələri mübarizə aparacaqlar. 

E qrupunda Belçika, Uels, Çexiya, Belarus, Estoniya milliləri yarışacaq. 

Digər 5 qrupda isə 6 komanda olacaq. 

F qrupunda Danimarka, AVstriya, Şotlandiya, İsrail, Farer adaları və Moldova komandası çıxış edəcək. 

Qardaş Türkiyə futbolçuları G qrupunfa Nidetland, Norveç, Monteneqro, Latviya, Cəbəllütarıq seçmələri ilə mübarizə aparacaqlar. 

H qrupunda Xorvatiya, Slovakiya, Rusiya, Sloveniya, Kipr, Malta yığmalarıdır. 

İ qrupunda İngiltərə, Polşa, Macarıstan, Albaniya, Andorra, San Marino, J ürupunda isə Almaniya, Rumıniya, İslandiya, Şimali Makedoniya, Ermənistan, Lixtenşteyn seçmələri çıxış edəvək. Qrupları lider kimi tamamlayan 10 komanda dünya çempionatına birbaşa vəsiqə qazanacaq. 2-ci yeri tutan 10 seçmə isə UEFA Millətlər Liqasından gələcək 2 kollektivlə birgə pley-of oyunlarında iştirak edəcək. Bununla da dünya çempionatınım final mərhələsinə çıxan daha 3 komanda müəyyənləşəcək.