Mövsüm yaxınlaşdıqca qış idman növləri üzrə yarışlar mütəmadi xarakter alır. Tramplindən tullanma üzrə Dünya Kubokunun növbəti mərhələsi Rusiyada təşkil olunub. Finlandiyada olduğu kimi bu dəfəki mübarizə də norveçli idmançının qələbəsilə yekunlaşıb.
Dünya Kubokunun 6-cı mərhələsi Rusiyanın Nijnıy Taqil şəhərində keçirilib. İdmançılar burada tramplindən tullanma yarışlarında mərahətlərini nümayiş etdiriblər. İştirakçılar arasında ən yaxşı nəticə norveçli idmançılara məxus olub. Xalvor Eqner Qranerud iki cəhdin nəticəsinə görə mərhələnin qalibi adını qazanıb. O, ilk dəfə 135,5 , daha sonra isə 124,5 mert nəticə göstərib. Xatırladaq ki, Qranerud Finlandiya təşkil olunan əvvəlki mərhələdə də bütün rəqiblərini qabaqlamağı bacarmışdı. Onun həmyerliləri Robert Yuxanson ikinci, Marius Lindvik isə mübarizəni üçüncü yerdə başa vurub. Dünya kubokunda növbəti mərhələ dekabrın 19-u və 20-də İsveçrənin Enqelberq bölgəsində keçiriləcək.