Azərbaycan Premyer Liqası ilə yanaşı, I Divizionda da koronavirusa yoluxma halları aşkarlanıb.
İndiyədək aşağı dəstədəki 10 komandadan 4-də bu problem özünü göstərib. Hazırda turnir cədvəlinə başçılıq edən "Turan Tovuz" klubunun 5 əməkdaşı infeksiyaya yoluxub. "Sabah 2" klubunda 3 "Neftçi 2"də "Kəpəz" komandasında isə 1 futbolçu çempionatın startı ərəfəsində virusa yoluxub. Bu müdafiəçi Röyal Məmmədovdur. Hazırda Gəncə təmsilçisində aktiv koronavirus xəstəsi yoxdur. Digər 6 klub - "Zaqatala", "Qarabağ 2", "Keşlə 2", "Qaradağ Lökbatan", MOİK və "Sumqayıt 2"də isə yoluxma halları müşahidə edilməyib.