UEFA İcraiyyə Komitəsi İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycanda beynəlxalq matçların keçirilməsinə dair qoyulan qadağanı ləğv edib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Bu addım Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması bağlandıqdan sonra ümumi şərtlər nəzərə alınaraq atılıb. UEFA bu qadağanı oktyabrın 20-də qoymuşdu. Qadağa müddətində Azərbaycan yığması Millətlər Liqasının iki matçını ölkə xaricində keçirib, “Qarabağ” isə Avropa Liqasındakı ev oyunları isə Türkiyədə təşkil olunub.