“Tokio-2020”nin Təşkilat Komitəsi növbəti ildə Olimpiya Oyunlarından əvvəl keçiriləcək sınaq yarışlarının təqvimini açıqlayıb.

Mart ayından mayadək Yaponiyanın paytaxtında 18 idman növü üzrə turnir keçiriləcək. Test yarışları zamanı, əsasən üç sahəyə - yarış zonası, texnologiyanın istifadəsi və kadr hazırlığına önəm veriləcək. Bununla yanaşı, koronavirusun yayılmasına nəzarət tədbirlərinə xüsusi diqqət yetiriləcək.  Test yarışlarına sinxron üzgüçülük üzrə Olimpiya seçmə turniri ilə start veriləcək. Bundan başqa üzgüçülük, su polosu, BMX velosiped idmanı, reqbi, atıcılıq, voleybol, bədii gimnastika, trek velosiped idmanı, 3x3 basketbol, atletika, skeytbord və bir sıra sınaq yarışlarının təşkili nəzərdə tutulub.