29.11.2020-ci ildə Premyer Liqanın XI turunun “Keşlə” – “Sabah” oyununda “Keşlə” klubunun 2 nömrəli futbolçusu İlkin Qırtımov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə aldıqdan sonra hakimlər briqadasını təhqir etdiyi üçün 4 oyun cəzalanır klub 3200 manat cərimə olunur. (maddə 41)

29.11.2020-ci ildə Premyer Liqanın XI turunun “Keşlə” – “Sabah” oyununda “Keşlə” klubunun 25 nömrəli futbolçusu Con Kamara qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 200 manat cərimə olunur. (maddə 47)

30.11.2020-ci ildə Premyer Liqanın XI turunun “Sumqayıt” – “Qəbələ” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)

30.11.2020-ci ildə Premyer Liqanın XI turunun “Sumqayıt” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)

25.11.2020-ci ildə I Divizionun VII turunun “Zaqatala” – “Keşlə-2” oyununda topdaşıyan və xərəkdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimələnir. (maddə 64)

26.11.2020-ci ildə I Divizionun VII turunun “Neftçi-2” – “Qaradağ Lökbatan” oyununda matçın 81-ci dəqiqəsində “Neftçi-2” klubunun 98 nömrəli futbolçusu Famil Camalov “aqressiv hərəkət”ə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır klub 320 manat cərimələnir. (maddə 37)

26.11.2020-ci ildə I Divizionun VII turunun “Kəpəz” – “Turan Tovuz” oyununda “Kəpəz” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)

26.11.2020-ci ildə I Divizionun VII turunun “Kəpəz” – “Turan Tovuz” oyununda “Kəpəz” klubunun baş məşqçisi Yaşar Vahabzadə hakimi təhqir etdiyi üçün 5 oyun cəzalanır klub 400 manat cərimə olunur. (maddə 41)