Beynəlxalq Şahmat Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Siyahı Azərbaycan qrossmeystrləri üçün uğurlu olub. Belə ki, 5 şahmatçımız mövqeyini yaxşılaşdırıb.
FİDE-nin yeni açıqladığı reytinq sıyahısında milli komandamızın lideri Şəhriyar Məmmədyarov 8-ci pillədəki mövqeyini qoruyub. Onun hesabında 2770 xal var. Dünya Kubokunun qalibi Teymur Rəcəbov isə 2765 xalla 10-cu yerdədir. Nicat Abbasov bir pillə irəliləyib. O, 2668 xalla 71-ci sıraya yüksəlib. Qədir Hüseynov da mövqeyini yaxılaşdırıb. Şahmatçımız 1 pillə irəliləyərək 74-cü sıraya qalxıb. Yığma komandamızın digər üzvü Rauf Məmmədovun da mövqeyində dəyişiklik olub. Şahmatçı 3 pillə irəliləyib və hazırda 92-ci sıradadır. Yeni sıyahı Arkadi Naydiç üçün də uğrulu olub. O 100-cü yerə qalxıbş Reyriqn cədvəlinə əvvəlki kimi dünya çempionu Maqnus Karlsen başçılıq edir. Norveçli qrossmeystrin hesabında 2 862 xal var. Amerika Birləşmiş Ştatları təmsilçisi Fabiano Karuana 2-ci, çinli Dinq Liren iosə 3-cüdqür.
Qadınlar şahmatçılarımızdan ən yaxşı nəticə Günay Məmmədzadəyə məxususdur. 2443 xalı olan qrossmeystrimiz 31-ci sıradan 30-cu mövqeyə yüksəlib. Gülnar Məmmədova isə 1 pillə geriləyərək 81-ci sırada qərarlaşıb. Xanım Balacayevanın da mövqeyində gerilmə var. O, hazırda 90-cı yerdədir.