Futbol dünyası daha bir itki ilə üzləşib.

2002-ci il dünya çempionatının qəhrəmanlarından seneqallı Papa Buba Diop 42 yaşında vəfat edib. Xatırladaq ki, o, mundialın açılış oyununda Fransa millisi ilə görüşdə yeganə qolu vurmuşdu. Bununla da o,  Seneqal seçməsinə debüt matçında tarixi qələbə qazandırmışdı. ¼ finala kimi irəliləyən Afrika təmsilçisinin heyətində Diop həmin mundialda daha 2 dəfə qol vurmuşdu.

Qeyd edək ki, o, Fransanın "Lans", İngiltərənin "Fulhem", “Vest Hem” və "Portsmut" kimi komandalarının formasını geyinib.